Naftalanda 3 nəfər kanalizasiya quyusuna düşdü:ölən var
02 avqust 2013 16:52 (UTC +04:00)

Naftalanda 3 nəfər kanalizasiya quyusuna düşdü:ölən var

Azərbaycanda 3 nəfər kanalizasiya quyusuna düşüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Naftalan şəhərində 3 nəfər kanalizasiya quyusunda köməksiz vəziyyətdə qalıb.

 

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zərərçəkmişlər Naftalan Su-kanal idarəsinin əməkdaşlarıdır. 1956-cı il təvəllüdlü Saməddin Mayıl oğlu İsgəndərovun cəsədi və müxtəlif xəsarətlər almış 2 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1796
avatar

Oxşar yazılar