Müştəri  çayxana sahibini bıçaqladı
23 iyul 2019 02:27 (UTC +04:00)

Müştəri çayxana sahibini bıçaqladı

 
 
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
APA xəbər verir ki, Xırdalan şəhərində çay evinin sahibi 1984-cü il təvəllüdlü Abdullayev Tural Arzu oğlu müştərilərin biri ilə mübahisə edib. Nəticədə o, ayağından bıçaqlanıb.
 
Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366
avatar

Oxşar yazılar