Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
29 aprel 2014 16:21 (UTC +04:00)

Müdafiə Nazirliyində kollegiya iclası keçirilib

Aprelin 29-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə və müstəqil xidmət rəisləri, birlik komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak edib.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən həyata keçirilən islahat və quruculuq işləri barədə, həmçinin dövlət rəhbərliyinin ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələr haqqında danışılıb, xidməti məsələlər müzakirə edilib.

 

Kollegiyaya yekun vuran müdafiə naziri hissə və bölmələrin döyüş qabiliyyətinin artırılaraq yüksək səviyyədə saxlanılması, müdafiə zolağının təkmilləşdirilməsi, nizam-intizamın, hərbi vətənpərvərlik işinin gücləndirilməsi, milli-mənəvi dəyərlərə üstünlük verilməsi və şəxsi heyətə döyüş ruhunun aşılanması, mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi məsələlərinə diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1113
avatar

Oxşar yazılar