Azərbaycan Müdafiə Nazirliyində daha bir təyinat olub.
APA-nın məlumatına görə, general-mayor Rasim Əliyev Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin rəisi vəzifəsindən azad edilərək, Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsisə təyin edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, Kadrlar İdarəsinin rəisi, polkovnik Vidadi Əsgərov ötən ilin sonlarında vəzifəsindən azad edilib.