Müdafiə Nazirliyi generala hücuma münasibət bildirdi
04 sentyabr 2013 12:46 (UTC +04:00)

Müdafiə Nazirliyi generala hücuma münasibət bildirdi

Müdafiə Nazirliyi bir qrup valideynin müdafiə nazirinin müavini Çingiz Məmmədovun maşınına hücum edərək etiraz etməsinə münasibət bildirib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünən “Zabitlər Evi”nin qarşısında bir qrup valideynin etiraz etməsinin səbəbi aydın deyil.

 

Müdafiə Nazirliyi hesab edir ki, hansısa bir əsas olmadan bu cür vasitələrlə təsir etmək qəbul edilə bilməz: “Hazırda ölkənin bütün təhsil sistemində olduğu kimi hərbi təhsil sahəsində də yeniliklər və islahatlar aparılır. Bu mənada əvvəlki illərdən fərqli olaraq artıq neçə ildir ki, Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən test üsulu ilə həyata keçirilir. Bundan baslıca məqsəd savadlı gəncləri hərbi məktəblərə cəlb etməkdir. Bunun nəyi pisdir ki,  valideynlər belə etiraz edirlər?!  Lakin onlar övladlarının imtahansız və çox aşağı bal toplamalarına baxmayaraq, köhnə qayda ilə hərbi məktəblərə qəbul olunmalarını istəyirlər. Biz bunu yolverilməz hesab etməklə həmin valideynlərə hərbi təhsil müəssisələrində tətbiq edilən yeni standartlara hörmətlə yanaşmalarını tövsiyə edirik”.

 

Xatırladaq ki, dünən bir qrup vətəndaş yolu bağlayaraq, müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədovun maşınına hücum çəkiblər. Narazı insanlar avtomobilin şüşələrini yumruqlayaraq, nazir müavini ilə görüş tələb ediblər. Lakin Çingiz Məmmədovu müşayiət edən zabitlər valideynlərin israrına məhəl qoymadan, sürücüyə avtomobili vətəndaşların üzərinə sürmək göstərişi veriblər. Nəticədə bir neçə nəfər müxtəlif bədən xəsarəti alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2774
avatar

Oxşar yazılar