Müdafiə Nazirliyi erməni KİV-nin məlumatlarını təkzib etdi
17 yanvar 2015 16:28 (UTC +04:00)

Müdafiə Nazirliyi erməni KİV-nin məlumatlarını təkzib etdi

Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatları təkzib edib. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi cəhdi və bunun nəticəsində itki verərək geri çəkilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və onlar uydurmadır.


Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155

Oxşar yazılar