Müdafiə nazirinə yeni müavin təyin edildi
14 may 2014 23:12 (UTC +04:00)

Müdafiə nazirinə yeni müavin təyin edildi

0
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Silahlı Qüvvələrdən ehtiyata göndərilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ç. Məmmədov ordudan ehtiyata bu gün göndərilib. Onun yerinə isə IV ordu birləşməsinin komandanı, general-leytenant Kərim Vəliyev təyin edilib.

 

 

General-leytenant K. Vəliyev IV ordu birləşməsindən əvvəl Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi, I və IV ordu birləşmələrinin komandanı vəzifələrində xidmət edib.

 

 

Qeyd edək ki, sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışmış Ç. Məmmədov ötən ilin sonlarında Silahlı  Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri Zakir Həsənova raport yazıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7085

Oxşar yazılar