MSK katibi: “Milli Şura araşdırma tərəfdarı olsaydı...”
14 oktyabr 2013 15:04 (UTC +04:00)

MSK katibi: “Milli Şura araşdırma tərəfdarı olsaydı...”

“Prezidentliyə namizəd Cəmil Həsənlinin bu prosesin Mərkəzi Seçki Komissiyasında araşdırılması tərəfdarı olduğu inandırıcı görünmür. Bizdə o təəssürat yaranıb ki, Cəmil Həsənli və onun səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında o aktların müzakirəsini istəməyiblər”.


 

Bu fikirləri APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib. M. Rəhimov deyib ki, MSK-nın oktyabrın 13-də keçirdiyi iclasdan bir gün öncə Gülağa Aslanlı bu qurumun rəsmləri tərəfindən qəbul edilib: “Onun təqdim etdiyi bütün sənədlərə baxılıb. Amma sənədlər qəbul edilərkən onun diqqətinə çatdırılıb ki, bu sənədlərin surətidir və bu baxımdan da əsas götürülərək, MSK-da müzakirə mövzusuna çevrilə bilməz”.

 

M. Rəhimov əlavə edib ki, Gülağa Aslanlı 5 aya qədər MSK-nın üzvü olub və bütün araşdırma proseslərində şəxsən iştirak edib: “Yəni surətlərin araşdırma predmeti olmadığını da çox gözəl bilir. Özü israrla deyib ki, bu aktların özünü MSK-ya təqdim etmək istəmirik və bunun məhkəmə müzakirəsinə çıxaracağıq. MSK sədrinin müavini Natiq Məmmədov Gülağa Aslanlı qəbul edilib, hüquq və vəzifələri ona izah olunub. O isə müvafiq sənədlərin əsillərini MSK-ya təqdim etməkdən imtina edib. Sonrakı gün “Məni polis saxlayıb, bu səbəbdən də MSK-ya gələ bilməmişəm” açıqlaması verilib. Bu bir qədər qeyri-ciddi səslənir. Ola bilər ki, polislə nə isə problemi olub və buna görə də Gülağa bəyi bir neçə saat saxlayıblar. Bu da bizim iclasın vaxtı ilə üst-üstə düşüb. Axı Cəmil Həsənlinin seçki prosesində tək Gülağa Aslanlı iştirak etmirdi. Cəmil Həsənlinin 155 səlahiyyətli nümayəndəsi qeydiyyatdan keçib və onların da statusu Gülağa Aslanlı səviyyəsindədir. 50 nəfər isə Cəmil Həsənlinin vəkilli kimi qeydiyyatdan keçib. Bundan əlavə Cəmil Həsənlinin MSK-ya təyin etdiyi komissiya üzvü var – Mənsum Bayramov. Bu şəxslərin hər biri müvafiq sənədləri MSK-ya təqdim edə bilərdi. Bu adamların iclasa gəlmək, müzakirələrdə iştirak etmək səlahiyyəti var idi. Bu imkanların heç birindən istifadə edilməyib. MSK-nın ötən gün keçirilən iclasında Mənsum Bayramov da iştirak etməyib. Amma iclasın keçirildiyini və münasibətin bu toplantıda veriləcəyini bilirdilər. Təzədən belə bəyanat vermək, Gülağa Aslanlının saxlandığını demək, Cəmil Həsənli tərəfindən iclasda heç kimin iştirak edə bilmədiyini danışmaq kifayət qədər yanlış yanaşmadır. Əgər doğurdan da Demokratik Qüvvələrin Milli Şurası araşdırma aparılması tərəfdarı olubsa, MSK-ya sənədlərin sürətlərini göndərməməliydilər”.

 

Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən MSK-ya bəzi seçki məntəqələrində qanun pozuntularının baş verməsi barədə şikayət xarakterli müraciətlər təqdim edilib. MSK isə həmin müraciətləri əsassız sayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 920
avatar

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03