Mourinyo cəzalandırıldı
22 oktyabr 2013 11:42 (UTC +04:00)

Mourinyo cəzalandırıldı

İngiltərənin “Çelsi” futbol komandasının baş məşqçisi Joze Mourinyo 1 oyunluq cəzaya məruz qalıb. Lent. az-ın İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis Premyer Liqanın qarşıdakı turunda “Mançester Siti” ilə matçı texniki zonadan kənarda keçirəcək.

 

Səbəb onun “Kardiff”lə 8-ci tur qarşılaşmasında baş hakim Entoni Teylorla aktiv mübahisə etməsi olub. Həmin matçda Teylor Mourinyonu tribunaya göndərib. Oyun isə “Çelsi”nin qələbəsi ilə yekunlaşıb – 4:1.

 

Qeyd edək ki, Joze Mourinyo İngiltərə Futbol Assosiasiyasının qərarından oktyabrın 24-dək apelyasiya verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680
avatar

Oxşar yazılar