Azərbaycanda motosiklet quyuya uçdu:<span style="color:red;"> ölən var
13 oktyabr 2014 10:10 (UTC +04:00)

Azərbaycanda motosiklet quyuya uçdu: ölən var

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Kəpəz rayonunda motosikletlə hərəkətdə olan 1 nəfərin su quyusuna düşməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1978-ci il təvəllüdlü Əfqan Əli oğlu Qurbanov hərəkətdə olarkən, idarəetməni itirib və motosikletlə birlikdə su quyusuna düşüb. Quyuya baxış keçirilərkən aydın olub ki, vətəndaş qəza zamanı aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi çıxarılaq aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913

Oxşar yazılar