Moskvada baş verən yanğın nəticəsində 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, yanğın Xersonskaya-43 ünvanında tikilən ofis binasının yeraltı avtomobil dayanacağında, inşaat tullantılarının yığıldığı yerdə baş verib.
Yanğının söndürülməsinə 44 texnika və 132 yanğınsöndürən cəlb edilib. Ölənlərdən 2-si hadisə yerində, 7-si isə xəstəxanaya aparılarkən yolda keçinib.
Moskva polisi ölənlərin hamısının inşaatda çalışan və “yaxın xaric”dən olan fəhlələr olduğunu açıqlayıb. Mənbənin məlumatına əsasən, ölənlər Tacikistandan olan əmək mühacirləridir.