Moskvada polis kapitanını qətlə yetirən azərbaycanlıların adları açıqlandı - <span style="color:red;">YENİLƏNİB
07 aprel 2014 14:26 (UTC +04:00)

Moskvada polis kapitanını qətlə yetirən azərbaycanlıların adları açıqlandı - YENİLƏNİB

Rusiya paytaxtında baş verən atışma zamanı polis kapitanını öldürən azərbaycanlının şəxsiyyəti müəyyən olunub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 31 yaşlı polis kapitanı Sergey Jadobkini odlu silahla qətlə yetirən milliyyətcə azərbaycanlı, 1966-ci il təvəllüdlü Rusiya vətəndaşı Xəlil Sarıyev olub.

 

Hadisə aprelin 6-da gecə saatlarında baş verib. Daxili İşlər Nazirliyinin Moskvanın Krasnoqorsk rayonu üzrə idarəsi əməkdaşlarının Radujnaya küçəsi ev 11 ünvanında cinayətkarların yaxalanması üzrə keçirdiyi əməliyyat tədbiri zamanı polislə cinayətkarlar arasında atışma baş verib.

 

Cinayətkar dəstə polisə təslim olmaqdan imtina edib və əməliyyatçılara atəş açmağa başlayıb. Nəticədə 1983-cü il təvəllüdlü polis kapitanı Sergey Jadobkin başından və sinəsindən aldığı güllə yarasından hadisə yerindəcə ölüb.

 

Lakin cinayətkar dəstənin üzvlərini ələ keçirmək mümkün olub. Bu zaman qətli törədən Xəlil Sarıyev özünü ayağından yaralayıb. Onun üzərindən "Sayqa" markalı odlu silah götürülüb.

 

Həmin dəstənin Moskvada çoxlu sayda cinayət törətdikləri bildirilib. Belə ki, bir ay əvvəl Moskva vilayətində həmin dəstənin üzvləri iş adamının evini qarət edərək, ev sahibini bıçaqla qətlə yetiriblər.

 

MDB ölkələri üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun direktor müavini, polis polkovniki Əkbər Yusifov APA-nın Moskva müxbirinə açıqlamasında dəstə üzvlərindən ikisinin Azərbaycan vətəndaşı olduğunu bildirib: "Qətli törədən Xəlil Mirzə oğlu Sarıyev Azərbaycanda doğulsa da, Rusiya vətəndaşı olub. Digər iki nəfər isə Azərbaycan vətəndaşıdır. Onlar Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Ramin Vidadi oğlu, Kürdəmir rayon sakini, 1975-ci il təvəllüdlü Xəlilov Hüseyn Xalid oğludur. Dəstə üzvlərindən olan bir nəfər qadın isə 1991-ci il təvəllüdlü Belarus vətəndaşı A.İ.Şmırova olub".

 

Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) cinayət işi açılıb, araşdırma aparılır.

 

Hazırda qətli törədən Xəlil Sarıyevin xəstəxanada olduğu bildirilib. Bu gün məhkəmənin onun barəsində həbs-qətimkan tədbiri seçəcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4277
avatar

Oxşar yazılar