Monteneqroya viza ləğv olundu
06 may 2014 17:34 (UTC +04:00)

Monteneqroya viza ləğv olundu

0

Azərbaycan Respublikası vətəndaşlarına Monteneqroya viza tələbi müvəqqəti ləğv edilib. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu xəbər Monteneqronun Türkiyədəki səfirliyindən verilib.

Belə ki, turizm mövsümü ilə bağlı 1 aprel 2014-cü il tarixindən 30 noyabr 2014-cü il tarixinədək Azərbaycan Respublikası vətəndaşları Monteneqroya vizasız səfər edə bilərlər. Azərbaycan Respublikası vətəndaşlarına tətbiq olunan vizasız rejim yalnız turizm yollayışı ilə 30 gün müddətində Monteneqro ərazisində qalmağa icazə verilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1284

Oxşar yazılar