Bu gün Milli Şuranın Bakıda keçirdiyi aksiya başlamazdan əvvəl meydanda polis əməkdaşları ilə bir qrup şəxs arasında insident baş verib. Nəticədə aksiya iştirakçılarından bir neçə nəfər saxlanılaraq oradan uzaqlaşdırılıb. Lent.az-ın məlumatına görə, bir sıra KİV-də həmin şəxslərin şəhid ailələrinin üzvləri olduqları bildirilib və əlavə edilib ki, polis şəhid ailələrinin üzvlərini mitinqdən uzaqlaşdırır.
Həmin insidentin nəticəsi və saxlanılan şəxslərin taleyi ilə maraqlandıq. Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, insident zamanı saxlanılan şəxslər polis bölmələrinə gətirilib. Ancaq məlumatda o da qeyd olunur ki, saxlanılanların doğrudan da şəhid ailələrinin üzvləri olduğu təsdiqlənmir, onlar sadəcə aksiya iştirakçılarıdır.