Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb. Rayonun Çaxırlı kənd sakini 1986-cı il təvəllüdlü İsgəndərov Nurlan Yasin oğlu idarə etdiyi A004BA44 Rusiya nömrə nişanlı “Audi Q-7” markalı minik maşını qarşı tərəfdən gələn, Göyçayın Kürd kənd sakini 1959-cu il təvəllüdlü Süleymanov Rövşən Sadiq oğluna məxsus 23-TP-498 dövlət nömrə nişanlı “Ekskovator”la toqquşub. Hadisə nəticəsində “Audi Q-7”nin sürücüsü Nurlan İsgəndərov və sərnişinləri - 1993-cü il təvəllüdlü Səlimov Camal İslam oğlu, 1962-ci il təvəllüdlü Səlimova Tahirə Əlisa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.