Mingəçevir şəhərində qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan Lent. az-a verilən məlumata görə, Heydər Əliyev prospekti 76/1, mənzil 20 ünvanında 1995-ci il təvəllüdlü İsrafilov Məhəmməd Ağabala oğlu bıçaqlanaraq qətlə yetirilib. Aparılmış əməliyyat tədbirləri nəticəsində hadisənin M.İsrafiolvun bibisi oğlu 1992-ci il təvəllüdlü Rüstəmli Ələkbər Namiq oğlu tərəfindən törədilməsi məlum olub.
Faktla əlaqədar cinayət işi başlanılıb. Ə.Rüstəmli saxlanılıb.