Mingəçevir sakini polis şöbəsində intihar etdi
21 avqust 2015 01:54 (UTC +04:00)

Mingəçevir sakini polis şöbəsində intihar etdi

0

Mingəçevir sakini özünü şəhər Polis Şöbəsinin binasından aşağı ataraq intihar edib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə avqustun 20-də axşam saatlarında qeydə alınıb.

 

Şəhər sakini, 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlu dindirilmək üçün Mingəçevir Şəhər Polis Şöbəsinə çağırılıb. Bəhruz Hacıyev polis şöbəsinin binasının 3-cü mərtəbəsindən özünü aşağı ataraq intihar etdiyi bildirilir. Onun nə üçün polis şöbəsinə çağırıldığı və hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.

   

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar