Mingəçevir polisi həmyerlisini bıçaqlayan şəhər sakinini həbs edib
12 avqust 2019 23:37 (UTC +04:00)

Mingəçevir polisi həmyerlisini bıçaqlayan şəhər sakinini həbs edib

0

 

Mingəçevirdə 32 yaşlı şəhər sakinini bıçaqlayan şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, hadisə dünən axşam Xan Şuşinski küçəsində yerləşən kafedə baş verib.

1987-ci il təvəllüdlü şəhər sakini Məhəmməd Abdullayev kafedə içkili vəziyyətdə olan digər şəxs tərəfindən bıçaqlanıb. Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü şəhər sakini Məmməd Səfər oğlu Bəkirov saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan şəxs ilkin ifadəsində törətdiyi əməli etiraf edib.

Faktla bağlı arşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 895

Oxşar yazılar