Millət vəkilinin “Bir dünya istəyirəm”i təqdim olunacaq
Yanvarın 17-də sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi əməkdar artist Tünzalə Ağayevaya aid olan "Bir dünya istəyirəm" adlı mahnının və klipin təqdimatı keçiriləcək. Lent.az-ın məlumatına görə, klipin rejissoru Ülviyə Könül, modelyer-stilisti Gülnarə Xəlilovadır. Mahnıda "Noğullar" uşaq vokal qrupu da iştirak edir.
20 Yanvar faciəsinin 23-cü ildönümü ərəfəsində təqdim olunacaq "Bir dünya İstəyirəm" mahnısı vətən uğrunda şəhid olan insanlarımızın, bu günümüzdə də davam edən savaşların, təcavüzlərin, onların doğurduğu fəlakətlərin, aclıq qurbanı olan milyonlarla insanın xatirəsinə bir ithafdır.
Təqdimat Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək