Mikroavtobus yük maşını ilə toqquşdu, 6 nəfər yaralandı
29 iyul 2019 09:09 (UTC +04:00)

Mikroavtobus yük maşını ilə toqquşdu, 6 nəfər yaralandı

0
İyulun 29-da səhər saatlarında Bakının Qaradağ rayonunda, Sahil qəsəbəsi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın xəbərinə görə, mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
 
Hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib.
 
Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, xəsarət almış 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 2 nəfərin vəziyyəti ağır, 4 nəfərin vəziyyəti orta-ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 721

Oxşar yazılar