<b>Metrodan təxliyə olunan sakinlərdən 4-ü xəstəxanaya aparıldı </b>
03 iyul 2018 22:25 (UTC +04:00)

Metrodan təxliyə olunan sakinlərdən 4-ü xəstəxanaya aparıldı

“Ölkədə elektrik enerjisinin verilməsində yaranmış problemlə əlaqədar olaraq bir müddət metro tunelində qalmış, vəziyyəti pisləşən 4 sərnişin xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti normaldır. Həyati təhlükələri yoxdur”.

 

Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. Pərviz Abubəkirovun sözlərinə görə, təcili tibbi yardım maşınlarına müraciət edən xəstələrin ümumi sayı 16-dır. Nazirliyin sözçüsü onu da qeyd edib ki, hansı xəttlər üzrə çağırış olubsa, təcili tibbi yardım maşınları dərhal həmin metrostansiyaların qarşısına göndərilib.

 

Pərviz Abubəkirovun sözlərinə görə, yollarda yaranmış tıxacla əlaqədar olaraq təcili tibbi yardım maşınlarının hərəkətində müəyyən maneələr yaransa da, onlar qısa müddət ərzində mənzil başına çata biliblər.

 

 

 

*****

 

21:07

 

 

Ölkədə elektrik enerjisinin verilməsində yaranmış problemlə əlaqədar olaraq Bakı Metropoliteninin xətdə olan qatarlarının bir müddət tuneldə qalması ilə əlaqədar olaraq 1 nəfər 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Bu barədə Lent.az-a adıçəkilən səhiyyə ocağından məlumat verilib. Verilən məlumata görə, hazırda xəstəxanaya yerləşdirilən 32 yaşlı Şahin Məmmədovun vəziyyəti qənaətbəxşdir. O, ilkin tibbi yardımdan sonra halsız vəziyyətdə 1 saylı şəhər xəstəxanasına gətirilib.

 

Növbətçi həkimin sözlərinə görə, hazırda onun müalicəsi davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391
avatar

Tural TURAN

Oxşar yazılar