Bakı metrosunda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 2-də metronun “28 May” stansiyasının platformasında Lerik rayon sakini Fatimə Məmmədzadənin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov saxlanılıb.
Saxlanılan şəxs ətrafında araşdırmalar aparılır.