Metro ticarətçiləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gediblər – <span style="color:red;">YENİLƏNİB 2
19 mart 2014 14:16 (UTC +04:00)

Metro ticarətçiləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gediblər – YENİLƏNİB 2

Aksiya iştirakçılarının bir qismi (onların arasında 200 manat məbləği alanlar və eyni zamanda almayanlar da var) Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə  İdarəsinə gediblər. Onlar idarənin növbətçi prokuroru ilə görüşərək, şikayət ərizələrini prokurora təqdim ediblər. Şikayətçilər Lent.az-ın əməkdaşına bildiriblər ki, onlar Bakı Metropoliteninin Polis Şöbəsinin rəis müavini Kamal Şirinovdan şikayət ediblər.

 

 

***

12.47

 

Bakı Metropolitenin rəhbərliyi aksiya iştirakçılarını qəbul edib və siyahı əsasında onlara 200 manat pul təklif edib. Aksiya keçirən ticarətçilərin bir qismi 200 manat məbləği alıblar.

 

Qeyd edək ki, Bakı Metropoliteninin Polis Şöbəsinin rəis müavini Kamal Şirinov Lent.az-ın əməkdaşına bildirmişdi ki, aksiya iştirakçılarına heç bir vəsait təklif olunmayıb.

 Aksiya artıq bitib.

 

***

11.26

Bakı Metropoliteninin Polis Şöbəsinin rəis müavini Kamal Şirinov aksiya yerinə gələrək problemin həll ediləcəyini bildirib və aksiya iştirakçılarından aksiyanı dağırtmağı tələb edib.

Aksiya keçirən ticarətçilər Lent.az-ın əməkdaşı ilə söhbətində bildiriblər ki, onlara Şərq bazarında yer təklif ediblər: “Gedib bazara baxdıq. Şərait bizi qane etmədi”.

 

***

10.57

Martın 19-da Bakı Metropoliteninin “Neftçilər” stansiyasında ticarətlə məşğul olan bir qrup şəxs adıçəkilən stansiyanın qarşısında aksiya keçiriblər. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aksiya iştirakçıları deyiblər ki, Bakı şəhəri icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov onlarla görüşdə Qurana and içərək bildirib ki, martın 27-dək mağazalardan heç kim çıxarılmayacaq. Lakin elə həmin gün mağazalar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülüb.

 

Aksiya iştirakçıları daha sonra qeyd ediblər ki, onlar 8 ay öncə mağazalarını 1100 manat pul verib, təmir etdiriblər. Aksiya keçirən ticarətçilər həmin məbləğin onlara qaytarılmasını tələb edirlər.

 

“Neftçilər” metrostansiyasının rəisi aksiya yerinə gələrək bildirib ki, onların şikayəti dinləniləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3533
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar