“Bavariya”nın sabiq baş məşqçisi Karlo Ançelotti İtaliya millisini çalışdırmayacaq. Apasport.az saytının “Corriere dello Sport”a istinadən məlumatına görə, təcrübəli mütəxəssis “Skuadra Adzurra”nın “sükanı arxası”na keçməkdən imtina edib.
Halbuki 58 yaşlı çalışdırıcının İtaliya Futbol Federasiyasının rəsmiləri ilə ilk görüşü uğurlu keçmiş, müsbət cavab verilmişdi. Hətta onun köməkçiləri də müəyyən edilmişdi. Lakin mütəxəssis sonradan bundan imtina edib.
Hazırda isə İtaliya yığmasına ən real namizədlər “Zenit”in baş məşqçisi Roberto Mançini və “Nant”ın çalışdırıcısı Klaudio Ranyeridi.