Məşhur idmançı yaxta qəzasında öldü
25 sentyabr 2016 19:15 (UTC +04:00)

Məşhur idmançı yaxta qəzasında öldü

0

ABŞ-da Mayami şəhəri sahilində yaxta qayaya çırpılıb.

 

APA-nın CBS telekanalına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında baş verən qəza nəticəsində ABŞ Yüksək Beysbol Liqasının ulduzu Xose Fernandes də daxil olmaqla, 3 nəfər ölüb.

 

Sahil Mühafizə Xidmətinin əməkdaşları onların cəsədlərini sudan çıxarıblar. Yaxtada digər insanların da olduğu barədə dəqiqləşdirilməmiş məlumatlarla əlaqədar suda axtarışlar davam etdirilir.

 

Qeyd edək ki, 1992-ci il təvəllüdlü X.Fernandes “Miami Marlins” komandasının üzvüdür. Artıq komanda idmançının faciəli ölümü ilə əlaqədar başsağlığı yayıb və bazar günü “Atlanta Braves” komandası ilə planlaşdırılmış görüşü ləğv edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar