Daha bir məşhur oyuncu öz ölkəsinin futbol millisindəki karyerasını bitirib. Lent.az-ın məlumatına görə, “Fənərbağça”nın hollandiyalı futbolçusu Dirk Kuyt artıq ölkəsinin yığma komandasında çıxış etməyəcəyini açıqlayıb. Hollandiyalı oyunçu Türkiyə mətbuatına açıqlamasında qərarını gənc futbolçulara yol açmaq məqsədi ilə əlaqələndirib.
Qeyd edək ki, Dirk Kuyt ilk dəfə 2004-cü ildə millinin heyətində matça çıxıb. O indiyə qədər Hollandiya yığmasının heyətində 105 oyunda 24 qol vurub.