“Veysəloğlu” MMC-nin satış menecerinin cəzası azadıldı
13 aprel 2016 15:10 (UTC +04:00)

“Veysəloğlu” MMC-nin satış menecerinin cəzası azadıldı

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nahid Axundov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən  birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Buna səbəb təqsirləndirilən şəxsin zərərçəkənə dəymiş ziyanın taməmalilə ödəməsi olub. Onun cəzası 7 ildən 3 ilə endirilib.

 

Qeyd edək ki, N.Axundov “Veysəloğlu” MMC-də satış meneceri olub. O, 12 min manat pulu mənimsəməkdə təqsirli bilinib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

 

N.Axundov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan N.Axundov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Səlcuq Elçin

Oxşar yazılar