Azərbaycanda məktəb yandı
07 yanvar 2015 10:57 (UTC +04:00)

Azərbaycanda məktəb yandı

Goranboy rayonu, Faxralı kəndində Təhsil Nazirliyinə məxsus olan və hazırda fəaliyyət göstərməyən orta məktəb yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın ümumi sahəsi 1100 kv.m olan birmərtəbəli məktəb binasının dəhlizini əhatə edib və yanar konstruksiyalar 20 kv.m sahədə yanıb.

 

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 109
avatar

Oxşar yazılar