Mehman Hüseynovla bağlı Ali Məhkəməyə üz tutuldu
15 may 2017 15:32 (UTC +04:00)

Mehman Hüseynovla bağlı Ali Məhkəməyə üz tutuldu

0

 

Həbsdə olan bloqçu Mehman Hüseynovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.

 

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov özünün feysbuk səhifəsində məlumat verib.

 

Vəkil bildirib ki, kasssasiya şikaytində Mehman Hüseynov barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.

 

Elçin Sadıqov həmçinin qeyd edib ki, Mehman Hüseynovun Birləşmiş Krallıqdan olan vəkilləri ilə birlikdə ölkədaxili müdafiə vasitəsi tükəndirilmiş işlər üzrə şikayətləri Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanır.

 

Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

 

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən apellyasiya şikayəti verilsə də, təmin edilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar