Məhkəmə keçmiş hakimin vəsatətini təmin etdi
27 may 2015 12:46 (UTC +04:00)

Məhkəmə keçmiş hakimin vəsatətini təmin etdi

0

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən  prosesdə dövlət ittihamçısı çıxış edərək bildirib ki,  cinayət işi üzrə işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxıldığı üçün apellyasiya şikayəti də Gəncə Apellyasiya Məhkəməsində araşdırılmalıdır. Prokuror vəsatət vərək, işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini istəyib. Hakimlər vəsatəti təmin ediblər.

 

Qeyd edək ki,  iş adamı Ramazan Səlimov işə düzəlmək üçün tanışı Elman Məmmədova müraciət edib, E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R. Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R. Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib. 

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbs edilib.

 

Onu da qeyd edək ki, Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar