Bakı Apellyasiya Məhkəməsində anasına öldürən Mürsəl Dünyamalıyevin şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2013-cü il dekabrın 18-də Bakıxanov qəsəbə sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evdə, qısqanclıq zəminində anası - 52 yaşlı Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. O, könüllü olaraq Xətai RPİ 37-ci PB-yə gələrək təslim olub.
Məlum olub ki, oğul anasına 102 bıçaq zərbəsi endirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mürsəl Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib.