Məhbus az yaşlı qızı ilə əl-ayağı qandallı görüşüb
22 avqust 2013 02:33 (UTC +04:00)

Məhbus az yaşlı qızı ilə əl-ayağı qandallı görüşüb

Azərbaycan veb səhifələri Urmiya gölü etirazları ilə bağlı bir il həbsə məhkum edilmiş və hazırda Təbriz zindanında həbsdə olan Abdullah Səduqinin (Güntay) ayaqları zəncirlə bağlanaraq, polis məmurlarının müşayiəti ilə həkimə aparıldığını göstərən şəkillər yayıb.

 

Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, ayaq sümüyündə problem yaşadığı üçün uzun müddət mütəxəssis həkim tərəfindən müayinə tələb edən Abdullah Səduqi avqustun 19-da ayağı zəncirlə bağlanaraq üç məmur tərəfindən ortopedik həkimə aparılıb.
 

«Milli-mədəni fəalın ayağına keçmişdə platin-mil qoyulub. O, son zamanlarda ayağındakı şiş üzündən mütəxəssisə göstərilmək istəyirdi. Ötən həftələrdə də bir neçə gün aclıq aksiyası keçirdiyi üçün durumu daha da pisləşmişdi» - deyə, «Araz News» saytı fəalın ailəsinə istinadən qeyd edib.
 

«Araz News»-da yazılanlara əsasən, fəalın ayaqlarının qatil kriminallar kimi zəncirlə bağlanması onu görməyə gələn ailə üzvləri, o cümlədən kiçik qızını çox kədərləndirib.
 

Abdullah Səduqi 2011-ci ilin avqustun 28-də başqa Təbrizin Qumtəpə məhəlləsində bir evdə Urmiya gölünün quruması ilə bağlı toplantı keçirərkən həbs edilib. O, daha sonra müvəqqəti olaraq, zəmanətlə azadlığa buraxılsa da, məhkəmə tərəfindən bir il azadlıqdan məhrum olunub, habelə əlavə olaraq bir il şərti həbsə məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1951
avatar

Oxşar yazılar