Məhbusa ailəsi ilə görüş qadağası
01 may 2014 03:41 (UTC +04:00)

Məhbusa ailəsi ilə görüş qadağası

Azərbaycan milli kimliyi uğrunda mübariz, 7 ilə yaxındır Tehranın "Evin" zindanında saxlanan jurnalist Səid Mətinpurun xanımı Ətiyyə Tahiriyə aclıq aksiyası keçırən həyat yoldaşı ilə görüşməyə icazə verilməyib.

 

Lent.az-ın “Media forum”a istinadən məlumatına görə, Ətiyyə Tahiri jurnalistlərə açıqlamasında Səid Mətinpurun acınacaqlı durumundan danışıb: “Aprelin 28-i tezdən “Evin” zindanına getmişdik. Axşama qədər orada olduq. Nə qədər yalvar-yaxar etsəm də, yoldaşımla görüşməyə icazə vermədilər. İki həftə əvvəl məhbusları əsassız döyəndən sonra onları təkadamlıq kameraya köçürüblər. Səid də onların içindədir. Məhbuslar hazırda onlarla kobud rəftara etiraz olaraq aclıq aksiyası keçirirlər. Bizə dedilər ki, məhbuslar 20 gün təkadamlıq kamerada saxlanacaqlar və həmin müddətdə onlara ailə üzvləri ilə görüşmək imkanı verilməyəcək.

 

Hazırda Səidi və digər siyasi məhbusların səhhəti ciddi təhlükədədir. Onlar 13 gündür ki, heç nə yeməyiblər. Səidin ürəyində bundan əvvəl üç dəfə ciddi problemlər yaranıb. Biz onun səhhətinin təhlükədə olmasından, başına bir oyun gələ biləcəyindən narahatıq”.

 

Aprelin 17-də Tehranın “Evin” zindanının 350-ci korpusunda saxlanan siyasi məhbuslar qəfil hücuma məruz qalıb. Hücum siyasi məhbusların zindan məmurlarının kobud və təhqiramiz şəkildə yoxlama aparmasına etirazından, birgə inqilabçı himn və mahnılar oxumasından sonra baş verib.

 

Zindan məmurlarının, ETTELAAT əməkdaşlarının və 100-ə yaxın dəyənəkli əsgərin hücumuna məruz qalan məhbuslar ağır bədən xəsarəti alıblar. 5 nəfər şəhər xəstəxanasına aparılıb, onlarla məhbus isə təkadamlıq kameraya köçürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1015
avatar

Oxşar yazılar