Məcburi köçkünün evi yandı, xəsarət alan var
25 iyul 2019 13:52 (UTC +04:00)

Məcburi köçkünün evi yandı, xəsarət alan var

0

Bərdə rayonunda yanğın olub. 

Lent.az FHN-in saytına istinadən xəbər verir ki, rayonun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. 

Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub.  Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 701

Oxşar yazılar