Mebellə dolu mağaza yandı
22 avqust 2015 10:13 (UTC +04:00)

Mebellə dolu mağaza yandı

0

Hacıqabul şəhərində mağaza yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 440 kv.m olan mebel mağazasının yanar konstruksiyaları 210 kv.m sahədə və içərisində olan mebellər qismən yanıb. Mağazanın qalan hissəsi, mağazaya bitişik ev və digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar