Masallı rayonu, Hacıtəpə kəndində yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyalarında baş verib. Nəticədə ev əşyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.