Maskalı şəxslər evə basqın etdi, ev sahibinin oğlu bıçaqlandı - <span style="color:red;">YENİLƏNİB
19 aprel 2014 10:45 (UTC +04:00)

Maskalı şəxslər evə basqın etdi, ev sahibinin oğlu bıçaqlandı - YENİLƏNİB

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.


 

Tərtər rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Bəyimsarov kəndində üç nəfər maskalı şəxs kənd sakini Rüxsarə  Həsənovanın evinə basqın edib.

 

Onlar ev sahibinin oğlu Vidadi Hüseynova çoxsaylı bıçaq zərbəsi vuraraq evdən 600 manat pul  və 1800 manat dəyərində qızıl - zinət, bəzək əşyalarını aparıblar. Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Vidadi Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən əməli törətmiş şəxslərin kimliyini müəyyən edilməsi istiqamətində iş aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1125
avatar

Oxşar yazılar