Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, gecə saat 22 radələrində Qobu qəsəbəsində naməlum avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Kərimov Famil Şamxal oğlunu vurub. Piyada hadisə yerindəcə keçinib.
Hadisəni törədən sürücü nəqliyyat vasitəsi ilə birgə ərazidən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.