Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan İmişli rayon sakini Ərzuman Nəsirov yerləşdirildiyi xəstəxanada ölüb.
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 29-da Hacıqabul rayonu ərazisində İmişli rayon sakini Ərzuman Nəsirov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yol ayırıcısına vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü mayın 4-də orada ölüb.