Maşını kanala düşən kişinin meyiti tapıldı
13 yanvar 2015 13:14 (UTC +04:00)

Maşını kanala düşən kişinin meyiti tapıldı

Yanvarın 9-da İmişli rayonu ərazisində maşını ilə birgə kanala düşən sürücünün meyiti tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Qarabağ kanalına düşmüş Rəfayel Şirinovun meyiti yanvarın 12-də sudan çıxarılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214

Oxşar yazılar