Maşın 8 yaşlı piyadanı vurub öldürdü
27 yanvar 2013 18:53 (UTC +04:00)

Maşın 8 yaşlı piyadanı vurub öldürdü

Mingəçevir şəhərində 3-cü sinif şagirdini maşın vuraraq öldürüb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin Təbriz küçəsində qeydə alınıb.

 

Şəhər sakini, 1966-cı il təvəllüdlü Əliyev Münasib Yadigar oğlu idarə etdiyi 10-KG-215 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik maşını yolu keçən piyadanı, 2005-ci il təvəllüdlü Həşimov Mələk Bilal qızını vurub. Azyaşlı uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

# 1744
avatar

Oxşar yazılar