APA-nın cənub bürosunun məlumatına görə, partlayış nəticəsində ev sahibi və onun 1997-ci il təvəllüdlü qızı Südabə İbrahimova güclü yanıq xəsarətləri alıblar. Ev sahibinin bədəninin 60%-i, qızının isə bədəninin 25%-i yanıb.
Hər iki yaralı təcili olaraq Masallı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağırlaşdığından onların hər ikisi Bakı şəhərinə göndərilib.
Hələlik partlayışın səbəbləri məlum deyil. Hadisə yerində müvafiq araşdırmalar aparılır.