Masallıda 10 yaşlı qız yandı
18 dekabr 2015 20:17 (UTC +04:00)

Masallıda 10 yaşlı qız yandı

0

Masallıda azyaşlı qızın yanması ilə nəticələnən hadisə baş verib.

 

Səhiyyə Nazirliyinin Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınından APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə rayonun  Türkoba kəndində qeydə alınıb.

 

Su qızdırıcı cihazın partlaması səbəbindən müxtəlif dərəcəli yanıq xəsarətləri alan kənd sakini, 2005-ci il təvəllüdlü Gülnar Dəyanət qızı Hacızadə  dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona burada müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyəti stabildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar