Masallı sakinindən 2 kilo narkotik götürüldü
26 fevral 2018 21:14 (UTC +04:00)

Masallı sakinindən 2 kilo narkotik götürüldü

Masallı rayon sakinindən narkotik vasitə götürülüb

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz  dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini Vüsal Hüseynov saxlanılıb. Rayon polis şöbəsində onun üzərinə baxış keçirilərkən əynindəki gödəkçənin sol iç cibindən 21 qram, əlindəki sellofan torbadan isə 2.2 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.

 

Ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 2 kiloqram 221 qram tiryək olması barədə rəy verilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar