Lənkəranda oğurluq faktının üstü isti izlərlə açılıb. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Osakücə kənd sakini Adil Mehrəliyev polis şöbəsinə ərizə ilə müraciət edərək avqustun 16-da gecə saatlarında ona məxsus mağazadan qapını sındırmaq yolu ilə 700 manat pulun oğurlandığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri sayəsində oğurluq hadisəsində şübhəli bilinən Masallı rayon sakini Nahid İsmayılzadə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.