Nəsimi rayonunda mağazadan oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Aslanov saxlanılıb. Onun sentyabrın 6-da rayon ərazisindəki mağazaların birindən 2500 manatlıq qızıl-zinət əşyaları oğurladığı bildirilir. Nazirliyin yaydığı məlumatda saxlanılan şəxsin əvvəllər də oğurluğa görə məhkum olunduğu qeyd olunur.
Mehman Nəbiyev