Macarıstan güclü qar yağması və çovğun yollarda tıxacın yaranmasına səbəb olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yolları qardan təmizləmək üçün Silahlı Qüvvələrin «T-72» tankları fəaliyyət göstərir.
Paytaxt Budapeşti Avstriya ilə birləşdirən ərazidə minlərlə insan tıxac ucbatından yolda qalıb. Onların bir çoxu gecəni avtomobilində keçirməyi qərar alıb.
Soyuq hava Şərqi Avropanın yollarında qarışıqlıq yaradıb. Bolqarıstanın Qabrovo şəhərində güclü külək nəticəsində meşə tikintisində baş vermiş uçqun nəticəsində bir qadın həlak olub.
Slovakiyada 19 min ev elektrik enerjisisiz qalıb.
Kosovoda qarın əriməsi daşqının yaranmasına səbəb olub.