Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq cinayəti törətməkdə təqsirli bilinən Sadiq Rüstəmov və İsa Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 22-nə təyin edilib.
Qeyd edək ki, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində lombarddan oğurluq olub. Sevinc Bayramova adlı qadın polisə məlumat verib ki, sahibi olduğu lombardın avtomobilindən 26 min AZN pul və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. Məlum olub ki, hadisəni elə həmin lombardın sürücüsü Sadiq Rüstəmov qabaqcadan əlbir olduğu İsa Hümbətovla törədib. Hər iki təqsirləndirilən şəxs həbs edilib. Sadiq Rüstəmov lombardda sürücü işləyib.