Leysan yağışlar Marneulidə fəsadlar törədib
22 aprel 2014 23:05 (UTC +04:00)

Leysan yağışlar Marneulidə fəsadlar törədib

0

Dünən gecədən başlayan güclü yağış azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində fəsadlar törədib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, leysan yağışların güclənməsi nəticəsində küçələrə və evlərə, həyətyanı sahələrə su dolub, əkin sahələri sel suları altında qalıb, avtomobillərin hərəkəti çətinləşib. Daha acınacaqlı vəziyyət Marneuli şəhərindəki Çolakaşvili küçəsində yaranıb. Oranın  sakinlər yaşadıqları binaya daxil olmaq üçün rezin çəkmələr geyməyə məcbur olublar.

 

Küçədə yerləşən binanın sakinləri Marneuli rayon icra hakimiyyəti başçısına küçəyə asfalt və kanalizasiya xətti çəkmək üçün kollektiv şəkildə ərizə ilə müraciət ediblər. Rayon rəhbərliyindən bildirilib ki, yaxın vaxtlarda küçəyə asfalt örtüyü çəkiləcək.

 

Qeyd edək ki, Gürcüstanın sinoptikləri   aprelin sonunadək yağışların davam edəcəyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 890

Oxşar yazılar