Lənkəranda güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün saat 17:00 radələrində rayonun məşhur Göyşaban dairəsində yerləşən “Samovar” restoranında qeydə alınıb.
Yanğının söndürülməsi üçün hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri nəticəsində güclü alovun “Xalq sənətkarlığı şəhərciyi”ndəki kotteclərə keçməsinin qarşısını almaq mümkün olub. Restoran isə yanaraq yararsız vəziyyətə düşüb. İlkin versiya kimi yanğının iaşə obyektinin mətbəxindəki qaz balonunun sızması nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.